Torf, torpağın bataqlıq, oksigen çatışmazlığı, yüksək turşuluq və qida çatışmazlığı şəraitində yığılmış qismən parçalanmış üzvi maddələrdən ibarət səthi üzvi təbəqəsidir. Torf gübrələrinin istifadəsi torpağın münbitliyinə müsbət təsir göstərir ki, bu da kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının artırılmasında səmərəli şəkildə əks olunur. Torf gübrələri və kompostlar torpaqlarda humus təbəqəsinin zənginləşməsinin əsas mənbələrindən biridir.
Torf torpağı dibçək bitkiləri üçün yaxşıdır. Çünki, o çox nəm saxlaya bilir. Bu da bitki üçün çox önəmli faktordur. Tərkibində torf olan torpaqla becərilmiş bitki daha yaxşı inkişaf edir və uzunmüddətli olur. Hal-hazırda şirkətimiz tərəfindən 100% gübrə tərkibli təmizlənmiş kokoslu torf satışa çıxarılmışdır.